Podolski yenidən Türkiyə Super Liqasında
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Kasımpaşa”dan ayrılan Veysel Sarı ilə Yaponiyanın “Vissel Kobe” klubunun hücumçusu Lukas Podolskini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Veysel Sarı “Əskişəhərspor”un yetirməsidi. 2014/15 mövsümündə “Qalatasaray”da da çıxış edən 31 yaşlı müdafiəçi 2015-ci ildən “Kasımpaşa”nın uğurları üçün çalışırdı. O, Türkiyə yığmasında da 2 oyun keçirib, hətta 1 qol vurub.
Podolski də vaxtilə Türkiyədə “Qalatasaray”ın (2015-2017-ci illər aralığında) uğurları üçün çalışıb. “Köln”ün yetirməsi olan futbolçu, “Bavariya“, “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi nəhənglərin də formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub. O, “Vissel Kobe”də “Qalatasaray”dan ayrılandan – 2017-ci ildən çıxış edirdi.
Bizi Facebook-da izləyin