Musanın yeni klubu

“Bolonya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”dan Musa Barrounu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Barrou 2021-ci ilin yayına qədər icarə əsasında “Bolonya”da forma geyinəcək. “Bolonya” 21 yaşlı hücumçunun transfer hüquqlarına sahib ola bilər.

“Atalanta”nın yetirməsi olan Barrou, bu mövsüm A Seriyasında 7 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

Barrou Qambiya milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button