“Atletiko”nun zədəlisi sıraya döndü
“Atletiko”nun zədəli futbolçusu Koke sıraya dönüb.
Komanda.az xəbər verir ki, 27 yaşlı xavbek artıq komanda ilə məşqlərə başlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun hətta bu gün “Levante”yə qarşı oyunda meydana çıxması da ehtimal olunur.
Qeyd edək ki, Koke La Liqanın 17-ci turu çərçivəsində baş tutan “Osasuna” ilə oyunda (2:0) zədələnmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin