Azərbaycan kubokunda ilk

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” və “Səbail” arasında cavab oyununda əlavə vaxta ehtiyac olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, hər iki qarşılaşmanın 90 dəqiqəsi qolsuz başa çatdığından yarımfinalçı əlavə yarım saatda müəyyənləşib. Maraqlıdır ki, bu, son üç ildə ilk belə hadisədir. 2017/18 və 2018/19 mövsümlərində, həmçinin cari turnirin əvvəlki mərhələsində belə hal yaşanmayıb.

Əlavə vaxtın oynanıldığı son matç 2016/17 mövsümünün 1/8 finalına təsadüf edib. “Qəbələ” və “Zaqatala” arasında 2:2 hesabı ilə başa çatan görüşün əlavə 30 dəqiqəsi də qalibi müəyyənləşdirmədiyindən, hətta penaltilər seriyasına ehtiyac yaranıb. Bu qarşılaşma 2016-cı il dekabrın 2-də keçirilib.

Növbəti belə hadisə 1112 gündən sonra Zirədə qeydə alınıb. Bu üç ildə Azərbaycan kuboku ilə bağlı qəbul olunan yenilik də ilk dəfə tətbiq edilib. 2018/2019 mövsümündən əlavə vaxt olan qarşılaşmalarda əlavə 4-cü əvəzetməyə icazə verilməsi barədə qərar qəbul olunub. Amma “Zirə” – “Səbail” görüşünə qədər yenilikdən istifadə olunması alınmayıb. Çünki əlavə vaxt olmayıb. Adıçəkilən qarşılaşmada “Zirə” üç əvəzetmə ilə kifayətlənib. Qonaqlar isə yenilikdən 118-ci dəqiqədə Vüqar Bəybalayevin Rahid Əmirquliyevi əvəzləməsi zamanı yararlanıb. Bu, ölkə futbolunda əlavə vaxta görə verilən artıq əvəzetmə sayəsində ilk oyunçu dəyişikliyi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button