“Gedə də bilərəm, qala da bilərəm” – “Bavariya”nın futbolçusu
“Bavariya”nın futbolçusu David Alaba komandadan ayrılacağıyla bağlı yayılan iddialara münasibət bildirib.
Komanda.az xəbər verir ki, Almaniya mətbuatına açıqlama verən avstriyalı müdafiəçi, xəbərləri nə təsdiq edib, nə də inkar:
“Gələcəyimdən narahat deyiləm. Komandada güclü müdafiəçilər var, ancaq indi onlar zədəlidir. Mənə tapşırılanları bilirəm və komandama kömək etməyə çalışıram.
Haqqımda çıxan xəbərlərin hər iki variantını da qəbul edirəm: gedə də bilərəm, qala da. “Bavariya” ilə müəyyən hədəflərim var, onları yerinə yetirmək istəyirəm. Hazırda ayrılıq haqda düşünmürəm”.
2010-cu ildən “Bavariya”da forma geyinən 27 yaşlı müdafiəçinin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Bu mövsüm 15 oyuna çıxan Alaba, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin