“Qalatasaray” Maykonla yollarını ayırdı

Türkiyə çempionu “Qalatasaray” braziliyalı futbolçusu Maykonla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi sözügedən oyunçunu Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna icarəyə veribi. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Maykon qarşıdakı 1,5 ili “Əl Nəsr”də keçirəcək. Ərəblər braziliyalı stopperin keçidinə görə 1,7 milyon avro məbləğində icarə haqqı ödəyəcək. Bu müddət ərzində Maykonun illik məvacibi də Ərəbistan təmsilçisi tərəfindən ödəniləcək.

Braziliyalı futbolçu 2017/18 mövsümündə “San Paulo” klubundan “Qalatasaray”a transfer olunmuşdu. O, İstanbul təmsilçisi ilə 45 Super Liqa matçına çıxıb, 6 qola imza atıb. “Sarı-qırmızılar”ın 7 milyon avroya transfer etdiyi bu oyunçu ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button