Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər

Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Qabriel Jezus (“Mançester Siti”), Arkadiuş Milik (“Napoli”), Neymar (PSJ) və Joao Feliks (“Atletiko”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button