“Barselona” yaxşı vəziyyətdə olanda, daha çox həyəcan keçiririk” – “Real”ın kapitanı
“Real”ın müdafiəçisi Serxio Ramos açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, karyerası ilə bağlı danışan “kral klubu”nun kapitanı, Çempionlar Liqası və “Barselona” ilə keçirəcəkləri “el klasiko” oyunu ilə bağlı açıqlama verib:
“Hazırkı həyəcanım bitmədiyi müddətdə oynamağa davam edəcəm. Özümü yaxşı hiss etdiyim müddətdə bundan həzz alacam.
Düşünürəm ki, 2014-cü ildə Lissabonda keçirdiyimiz final oyunu bizim üçün daha əhəmiyyətli oldu. Amma Çempionlar Liqasının kubokları mənim övladlarım kimidir, onların arasında fərq qoya bilmirəm.
Hər iki komanda hazırda yaxşı vəziyyətdədir. “Barselona” yaxşı vəziyyətdə olanda, daha çox həyəcan keçiririk. Bu oyunda qalib gələcəyimizə inanırıq”.
İspaniyalı müdafiəçi, “Real”ın baş məşqçisi Zinəddin Zidanla bağlı da danışıb:
“Zidan fenomenal bir mütəxəssisdir, bu klubun necə işlədiyini, komandanın nəyə ehtiyacı olduğunu yaxşı bilir. Onunla birlikdə çox gözəl bir dövr yaşadıq. O, geri qayıdaraq çox vacib və cəsarətli bir qərar verdi. Biz onunla birlikdə çalışdığımız üçün çox xoşbəxtik. Zidan bizi olduğumuz çətin vəziyyətdən çıxarmaq üçün ən ideal məşqçidir”.
Bizi Facebook-da izləyin