“Real”ın futbolçusundan Premyer Liqa klublarına “yox” cavabı
“Arsenal”, “Mançester Yunayted” və “Çelsi” kimi İngiltərə klublarının hədəfində olduğu deyilən Xames Rodriqes “Real”dan ayrılmaq istəmir.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatı kolumbiyalı futbolçunun “Real”da qalmaq istədiyini və baş məşqçi Zinəddin Zidanın güvənini qazanmaq üçün çalışacağını yazıb.
28 yaşlı futbolçunun “Real”la 2021-ci ilədək müqaviləsi var və o, cari mövsümdə 9 oyuna çıxaraq, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin