Mourinyo “Real”dan daha iki transfer tələb edir

“Real”ın köhnə-yeni baş məşqçisi Joze Mourinyo rəhbərlikdən heyətin daha da gücləndirilməsini istəyib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın bu yay ən azı daha iki müdafiəçi ilə güclənməsinin vacib olduğunu düşünür.

Madrid təmsilçisi artıq Denzel Dumfris, İbrahima Konate və Bernardo Silva ilə razılıq əldə etsə də, transfer çalışmalarını bununla yekunlaşdırmaq niyyətində deyil. Mourinyo komandada həm sol cinah müdafiəçisi, həm də mərkəz müdafiəçisi mövqeyinin gücləndirilməsini istəyir. Klub rəhbərliyi hazırda uyğun namizədlərin axtarışını davam etdirir.

63 yaşlı mütəxəssis 13 illik fasilədən sonra rəsmən yenidən “Real”ın “sükanı arxasına” keçib. O, ötən mövsüm “Benfika”nı çalışdırıb.

“Real” geridə qalan mövsümü titulsuz başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button