“Meydanda hər zaman bu futbolu görmək istəyirəm” – Zidan
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində öz meydanında PSJ ilə 2:2 hesablı bərabəyliyə razılaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, qələbəyə layiq olduqlarını bildirib:
“Təəssüflənmirəm, çünki göstərdiyimiz oyuna görə xoşbəxt və qürurlu ola bilərik. Bu mövsümün ən yaxşı oyununun olub-olmadığını bilmirəm, amma 80 dəqiqə çox yaxşı oynadıq. Futbolda hər şeyi 90 dəqiqə düşünmək məcburiyyətindəsiz. İstənilən halda, möhtəşəm bir oyun idi və meydanda hər zaman bu futbolu görmək istəyirəm. Bunu deməyi heç sevmirəm, amma bu oyunda qələbəyə layiq idik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin