“Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

İranda ötən həftədən başlayan etirazlar bu ölkənin futbol üzrə yüksək liqasının oyunlarına təsirsiz ötüşməyib.

Komanda.az xəbər verir ki, İran Futbol Federasiyası bu səbəbdən bəzi oyunları təxirə salmaq qərarına gəlib.

Bu oyunlar arasında Cənubi Azərbaycan təmsilçisi “Traktor”un da matçı var. Belə ki, Təbriz klubu noyabrın 22-də doğma meydanda “Şəhr Xodro” ilə qarşılaşmalı idi. Amma federasiya bu matçın da etiraz aksiyalarına görə təxirə salındığını açıqlayıb.

Hələlik, təxirə salınan oyunların hansı tarixdə keçiriləcəyi bəlli deyil. Federasiya buna daha sonra qərar veriləcəyini açıqlayıb.

“Traktor” 10 turdan sonra 17 xalla 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button