Bundesliqa klubunda baş məşqçi ayrılığı
Almaniyanın “Maynts” klubu baş məşqçisi Sandro Şvartsla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Şvarts 2017-ci ilin iyulundan “Maynts”ı çalışdırırdı.
“Maynts” Bundesliqada 11 turdan sonra 9 xalla 16-cı sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin