“Atalanta” və “Latsio”ya səfərdə 1 qol bəs etdi
İtaliya A Seriyasında 22-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Napoli” “Sampdoriya”nı, “Yuventus” isə “Parma”nı qəbul edib. Neapol təmsilçisi darmadağınla qalib gəldiyi halda, Turin klubu xal itkisi ilə üzləşib. Dörd qolun qeydə alındığı “Empoli” – “Kyevo” matçında isə qalib müəyyənləşməyib.
Əksər qarşılaşmalar bazar gününə təsadüf edib. “İnter” doğma meydanda “Bolonya”ya minimal hesabla uduzmaqla hər kəsi təəccübləndirib. “Fiorentina” səfərdə “Udineze” ilə heç-heçəyə razılaşıb. Turun mərkəzi görüşü Romada keçirilib. “Milan” səfərdə “Roma”yla münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.
Son oyun günündə iki görüş baş tutub. Səfərdə “Frozinone” ilə qarşılaşan “Latsio” minimal hesabla qalib gəlib. “Atalanta” da “Kalyari” səfərində oxşar hesabla qələbə qazanıb.
İtaliya A Seriyası, 22-ci tur
2 fevral
Empoli – Kyevo 2:2
Qol: Kaputo, 45; 52 – Qyaççerini, 31. Stepinski, 45.
Napoli – Sampdoriya 3:0
Qol: Milik, 25. İnsinye, 26. Verdi, 89-pen.
Yuventus – Parma 3:3
Qol: Ronaldo, 36; 66. Ruqani, 62 – Barilya, 64. Jervinyo, 74; 90.
3 fevral
SPAL – Torino 0:0
Cenoa – Sassuolo 1:1
Qol: Sanabria, 41 – Dyuriçiç, 28.
Udineze – Fiorentina 1:1
Qol: Larsen, 56 – Fernandes, 65.
İnter – Bolonya 0:1
Qol: F.Santander, 32.
Roma – Milan 1:1
Qol: Zaniolo, 46 – Piontek, 26.
4 fevral
Frozinone – Latsio 0:1
Qol: Kaysedo, 36.
Kalyari – Atalanta 0:1
Qol: Hatober, 50.
Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 17 qol.
Bizi Facebook-da izləyin