“Keşlə”dən ayrılan daha bir futbolçu Türkiyə klubunda

“Keşlə”dən göndərilən Samba Diallo Quydileyenin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, mavritaniyalı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

Belə ki, Mavritaniya yığmasının 29 yaşlı üzvü 1-ci Liqa təmsilçisi “Elazığspor”a transfer olunub. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Keşlə”dən ayrılan digər futbolçu Georgios Georgiadis də karyerasını “Elazığspor”da davam etdirəcək. Quydileye cari mövsümün əvvəlində Türkiyənin “Gənclərbirliyi” klubu ilə yollarını ayıraraq, azad agent kimi “Keşlə” ilə 1 illik müqavilə bağlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button