“Fənərbaxça”da Adil Rami şoku
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, istanbul təmsilçisinin fransalı futbolçusu Adil Rami sıradan çıxıb.
O,
Türkiyə kubokunun 4-cü mərhələsi çərçivəsində “Tarsus
İdman Yurdu” ilə matçda zədələnib. Bu üzdən 34 yaşlı
müdafiəçi 61-ci dəqiqədə əvəzlənmək məcburiyyətində
qalmışdı.
Artıq Rami tibbi müayinədən keçib. Onun
qasıq əzələsində yırtıq aşkarlanıb. Müalicəsinə start
verilən Adilin yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli
deyil. Amma fransalı futbolçunun Super Liqanın 10-cu turu
çərçivəsində keçiriləcək “Kayserispor”la oyunda iştirak
etməyəcəyi dəqiqdi.
“Kayserispor” – “Fənərbaxça” matçı noyabrın 3-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin