“Arsenal” ilk oldu, “Liverpul” bunu 8-ci dəfə bacardı
“Arsenal” İngiltərə Liqa kubokunun 1/8 final mərhələsində səfərdə “Liverpul”a məğlub olaraq, mübarizəni dayandırıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, əsas vaxtı 5:5 hesabıyla bitən oyunda “topçular” penaltilər seriyasında uduzub – 4:5.
Bu qarşılaşmada “Arsenal” bir ilkə imza atıb. Belə ki, London təmsilçisi 21-ci əsrdə “Liverpul”un stadionunda – “Enfild Roud”da 5 qol vuran ilk komanda olub.
“Liverpul” isə İngiltərə Liqa kuboku tarixində 8-ci dəfə penaltilər seriyasında qalib gəlib. Bu, İngiltərə klubları arasında rekord göstəricidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin