“Yuventus”un 380 milyonluq Mbappe planı

“Yuventus” PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. Xəbərdə, “Yuventus”un fransız hücumçu üçün 380 milyon avroluq transfer büdcəsi ayırmağı planlaşdırdığı bildirilib. Turin təmsilçisi bu büdcəylə 19 yaşlı oyunçunun həm transfer xərclərini – PSJ-yə ödəniləcək məbləğ, hücumçuya veriləcək imza pulunu qarşılamağı, həm də, futbolçuya 5 illik məvacib verməyi düşünür.

Mbappe ilə “Yuventus”la yanaşı, “Real” da yaxından maraqlanır.

Fransa milli komandasının da formasını geyinən Mbapennin PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button