Azərbaycan millisi bu dəfə də Sumqayıtda

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, saat 18:00-da keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Sumqayıt şəhər stadionunda keçiriləcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin İsveçrədən olan həmyaşıdları ilə oyunu da Sumqayıtda keçirilmişdi. Oyun yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə bitmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button