“O da bir gün İtaliyaya qayıtmaq istəyir”
“Çelsi”nin futbolçusu Jorjinyonun meneceri Joao Santos açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Santos, 27 yaşlı yarımmüdafiəçinin bir gün İtaliyaya qayıda biləcəyini deyib:
“Jorjinyo üçün möhtəşəm il keçir. Milli komandada və klubunda yaxşı oyun sərgiləyir. Penaltidən də qollar vurur. Onun adına çox xoşbəxtəm.
Futbolda hər şey mümkündür. O da bir gün İtaliyaya qayıtmaq istəyir”.
2018-ci ilin yayında “Napoli”dən “Çelsi”yə keçən Jorjinyo, bu mövsüm 11 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin