
Luis Dias Səudiyyə Ərəbistanı klubunun hədəfindədir
Kolumbiya millisinin və “Bayern”in yarımmüdafiəçisi Luis Dias Səudiyyə Ərəbistanı klubunun transfer hədəfinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” rəhbərliyi 29 yaşlı futbolçunu heyətə qatmaq istəyir. Səudiyyə Ərəbistanı təmsilçisi daha əvvəl niderlandlı cinah oyunçusu Kresensio Sammervili transfer etmişdi.
Dias ötən mövsüm Almaniya Bundesliqasında 32 oyunda meydana çıxıb, 15 qol vurub və 14 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



