Otamendi milli karyerasını bitirdi

Argentina millisinin və “River Pleyt”in müdafiəçisi Nikolas Otamendi yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, milli komanda ilə vidalaşmağın onun üçün karyerasındakı ən çətin qərarlardan biri olduğunu bildirib:

“Bu gün karyeramın ən çətin sözlərini deməliyəm. Uşaqlıqdan Argentina millisinin formasını geyinməyi arzulayırdım. Bu, futbol karyeramın ən böyük şərəfi idi. Həmişə milli komandanın maraqlarını bütün qəlbimlə qorudum”.

Argentina millisi 2026-cı il dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə uduzub və gümüş medallarla kifayətlənib.

38 yaşlı Otamendi 2009–2026-cı illərdə Argentina millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button