
İkardinin keçmiş xanımının evi soyulub
“Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Naranın Milan ətrafındakı bağ evi qarət edilib.
Naməlum şəxslər evdən müxtəlif qiymətli əşyalarla yanaşı, Vanda Naranın oğul və qızlarının pasportlarının olduğu çantanı da aparıblar. Hadisədən sonra İkardi Argentinanın Buenos-Ayresdəki İtaliya konsulluğunda qızlarına yeni pasportların verilməsi üçün lazımi sənədləri imzalaya bilərdi. Ancaq o, bu məsələni həll etmək üçün nişanlısı ilə birlikdə İtaliyaya yollanmağı üstün tutub.
Komanda.az xəbər verir ki, Vanda Naranın anası Nora Kolosimo “Primicias Ya” proqramına açıqlamasında nəvələrinin yaranmış vəziyyətdən ciddi narahat olduqlarını bildirib:
“Qızlar baş verən hadisədən sonra çox sarsılıblar, Vandanın keçmiş həyat yoldaşı Maksi Lopesdən olan oğulları isə bacıları olmadan Argentinaya qayıtmaq istəmirlər.
Onlar çox narahatdırlar. Qızlar çox pis vəziyyətdədir, Maksinin oğulları isə bacıları olmadan Argentinaya dönmək istəmirlər. İndi öyrəndim ki, Mauro hansısa klubla müqavilə bağlamaq üçün deyil, məhz qızları yanında saxlamaq məqsədilə İtaliyaya gedib. Onun Avropada evi yoxdur, planlarının nə olduğunu isə bilmirəm”.
Bizi Facebook-da izləyin



