Elxan Səmədov: “Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik”

Peşəkar Futbol Liqasına (PFL) yenidən prezident seçilən Elxan Səmədov açıqlama verib.

Komanda.az xəbər verir ki, PFL-in mətbuat xidmətinə açıqlama verən qurum rəhbəri qarşıdakı dövrdə həyata keçiriləcək işlər və futbolun inkişafı ilə bağlı fikirlərini bölüşüb:

“Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublara, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib”.

Səmədov etimadı doğrultmaq üçün çalışacaqlarını bildirib:

“Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”.

Peşəkar Futbol Liqasının Ümumi Yığıncağında Elxan Səmədov qarşıdakı 4 il üçün qurumun prezidenti vəzifəsinə seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button