
Kloppdan Almaniya millisinin baş məşqçisi kimi ilk açıqlama
Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp təyinatından sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu vəzifəyə gətirilməsinin onun üçün böyük şərəf olduğunu bildirib:
“Bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Son bir neçə gündə yaşadıqlarım sanki gözlərimin önündən keçən bir film kimidir.
Əvvəllər də milli komandanın baş məşqçisi olmağın necə böyük məsuliyyət olduğunu təsəvvür edirdim. Amma bu prosesin bir hissəsinə çevriləndə onun miqyasını və məsuliyyətini daha dərindən hiss edirsən. Haradan başladığımı nəzərə alsaq, bir gün burada olacağımı heç vaxt təsəvvür etmirdim. Bu, mənim üçün çox xüsusi gündür. Bunun mümkün olmasına töhfə verən hər kəsə təşəkkür edirəm”.
Klopp bu postda Yulian Naqelsmannı əvəzləyib.
Bizi Facebook-da izləyin



