“Atletiko” cənubi koreyalı futbolçunun transferini razılaşdırıb

PSJ-nin yarımmüdafiəçisi Li Kan İn “Atletiko”ya keçidə çox yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Transferin rəsmən elan olunmasını yalnız sənədləşmə prosesinin yekunlaşmaması gecikdirir. Cənubi koreyalı futbolçu bir həftədən çox əvvəl tibbi müayinədən keçib.

Li Kan İnin “Atletiko” ilə müqaviləsinin bütün şərtləri, həmçinin, imic hüquqları ilə bağlı detallar da tam razılaşdırılıb. Transfer hələ rəsmi təsdiqlənməsə də, Madrid klubunun forma və digər klub atributlarının satışında ciddi artım müşahidə olunur. Həm Cənubi Koreyada, həm də Madriddə azarkeşlər klub mağazalarına gedərək, yeni transferin hansı nömrə ilə çıxış edəcəyini soruşurlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button