
Qvardiola İtaliya millisinin təklifini rədd edib
İspaniyalı mütəxəssis Pep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu həftə İtaliya Futbol Federasiyasının təklifini nəzərdən keçirsə də, onu geri çevirib. 55 yaşlı mütəxəssis qərarını ailəsinə daha çox vaxt ayırmaq, dincəlmək və futbola daha sonra qayıtmaq istəyi ilə əsaslandırıb.
İspaniyalı çalışdırıcı 2016–2026-cı illərdə “Mançester Siti”nin baş məşqçisi olub. O, bu müddətdə İngiltərə təmsilçisi ilə ümumilikdə 20 titul qazanıb.
İtaliya millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



