Reytinq: Azərbaycan 26-cı pillədə qalıb

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Komanda.az xəbər verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal qazandırıb.

Bununla yanaşı, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında “Zirə”nin səfərdə Estoniyanın “Payde” komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20,437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21,500 əmsalı var.

UEFA reytinqində İngiltərə 101,852 əmsalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button