
“Arsenal”dan 40 milyon avroluq transfer – Rəsmi
İngiltərə çempionu “Arsenal” heyətini yunanıstanlı hücumçu Xristos Tzolislə gücləndirib.
Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu Belçikanın “Brügge” klubundan London təmsilçisinə keçərək uzunmüddətli müqavilə imzalayıb. “Arsenal” bu transfer üçün 40 milyon avro ödəyib.
Tzolis “Brügge”nin heyətində keçirdiyi 108 oyunda 43 qola imza atıb, həmçinin, 45 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



