“Araz-Naxçıvan” qvineyalı futbolçu ilə müqavilə bağladı

Gündəlik məşqlərlə paralel olaraq heyətini də komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” daha bir legionerlə anlaşıb.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Qvineyalı dayaq yarımmüdafiəçisi Mamadu Kane yeni mövsümü “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

29 yaşlı futbolçu müxtəlif illərdə “Satellite”, “Kaloum”, “Qanqan”, “Neftçi” (Bakı), “Olimpiakos”, “Rodina Moskva”, “Auda”, “Etnikos” klublarında çıxış edib. Sonuncu klubu isə Kiprin “Pafos” komandası olub.

Kane 2020-ci ildə Qvineya millisinin heyətində 19 oyun keçirib, 5 qol vurub. O, 2017-ci ildə isə ölkəsinin U-20 yığmasına cəlb edilib, 7 matçda meydana çıxıb.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button