
Sabiq futbolçu Qarnaçonun “Aston Villa”ya keçidi haqda: “Bu, kabusdur”
“Aston Villa”nın sabiq futbolçusu Qabriel Aqbonlahor, Alexandro Qarnaçonun komandaya keçidi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu, kabusdur. Onun “Mançester Yunayted”də ilk oyunlarına baxanda Kriştiano Ronaldo və ya Lionel Messi kimi özünəinamı var idi. Amma bu səviyyədə istedada malik deyil. Hazırda Qarnaço haqqında bildiyimiz odur ki, əvəzlənəndə narazılığını göstərir və “Mançester Yunayted”dən ayrılıq prosesi ilə gündəmə gəlib”.
“Aston Villa” 22 yaşlı argentinalı futbolçunu 2026/2027 mövsümünün sonunadək icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



