MY İngiltərə millisinin üzvü üçün mübarizəyə qoşulub

“Mançester Yunayted” “Tottenhem”in və İngiltərə millisinin müdafiəçisi Ced Spensin transferi üçün mübarizəyə qoşulub.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yay transfer pəncərəsi bağlanmadan əvvəl 24 yaşlı futbolçunun keçidi ilə bağlı rəsmi təklif göndərməyə hazırlaşır.

Spens “Tottenhem”ə 2022-ci ildə, 14 milyon avro qarşılığında “Middlsbro”dan keçib. Onun London klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-na qədərdir.

İngiltərəli müdafiəçi 2025/26 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 44 oyuna çıxıb. “Transfermarkt” portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button