
“Real” Rodri ilə anlaşıb
İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri karyerasını “Real”da davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “kral klubu” ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə barədə razılığa gəlib.
“Mançester Siti” Rodri ilə əməkdaşlığı davam etdirmək istəyib və ona yeni müqavilə təklif edib. Ancaq ispaniyalı yarımmüdafiəçi bu təklifi qəbul etməyib.
“Real” yaxın vaxtlarda transferin reallaşdırılması üçün İngiltərə klubu ilə rəsmi danışıqlara başlamağa hazırlaşır.
Rodri 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində çempion olub. O, mundialın yekununda turnirin ən yaxşı futbolçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



