Tarixdə ilk: FİFA dünya çempionlarına qızıl üzük təqdim etdi

2026-cı il dünya çempionatının finalında Argentina millisi üzərində 1:0 hesablı qələbədən sonra FİFA tarixdə ilk dəfə ispaniyalı çempionlara xüsusi qızıl üzük təqdim edib. Bu addım ABŞ idmanında mövcud olan ənənəyə bənzər şəkildə həyata keçirilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın bitməsindən dərhal sonra FİFA prezidenti Canni İnfantino İspaniya millisinin paltardəyişmə otağına gəlib və ilk üzüklərdən birini şəxsən kapitan Rodriyə təqdim edib. Yarımmüdafiəçi üzüyü taxaraq təşkilat rəhbəri ilə birlikdə foto çəkdirib.

Oxşar xatirə hədiyyələri komandanın digər futbolçularına da təqdim olunub.

Finaldan əvvəl FİFA turnirin qalibləri üçün 30 eksklüziv çempionluq üzüyü hazırladığını açıqlamışdı. Hər üzüyün bir tərəfində dünya kuboku, digər tərəfində isə çempion komandanın simvolu əks olunub. Hər bir üzük fərdi nömrə ilə hazırlanıb, sahibinin ölçüsünə uyğun düzəldilib və orijinallıq sertifikatı ilə müşayiət olunur. Finaldan sonra futbolçulara müvəqqəti versiyalar təqdim edilib, yekun nümunələr isə daha sonra fərdi ölçülərə uyğun hazırlanacaq.

Ümumilikdə, FİFA 2026 üzük istehsal edib. Onlardan 30-u dünya çempionlarına görə nəzərdə tutulub, qalan 1996-sı isə azarkeşlər üçün satışa çıxarılacaq. Bir üzüyün qiyməti təxminən 148 min dollar olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button