
Şakira: “Messi ən böyükdür”
2026-cı il dünya çempionatının final matçının fasiləsində çıxış edən kolumbiyalı müğənni Şakira Argentina millisinə və komandanın kapitanı Lionel Messiyə müraciət edib.
Argentinalılar finalda əlavə vaxtda İspaniya millisinə 0:1 hesabı ilə uduzub.
Komanda.az xəbər verir ki, tanınmış müğənni sosial şəbəkə hesabındakı paylaşımında Messinin ən böyük olduğunu bildirib:
“Əziz argentinalılarım! Sizinlə çox qürur duyuram. Lionel Messi ən böyükdür. Bu dünya çempionatında bütün latın amerikalıları belə gözəl təmsil etdiyiniz üçün minnətdaram. Həmişə ürəyimdəsiz!”
Müğənni turnirin qaliblərini də təbrik edib:
“İspaniya! Dünya çempionatında sizinlə uğuru yenidən bölüşə bildiyim üçün qürur duyuram! Təbrik edirəm!”
Şakira 2010-cu il dünya çempionatının final mərasiminin bağlanışında da çıxış etmişdi. Həmin turnirdə də İspaniya millisi qalib olmuşdu.
Bizi Facebook-da izləyin



