İdman yazarları DÇ-2026-nın finalında hansı komandaya azarkeşlik edəcək? – SORĞU

Futbol üzrə 2026-cı il dünya çempionatı artıq həlledici məqama çatıb. Turnirin qalibini müəyyənləşdirəcək final görüşündə iki böyük komanda – İspaniya və Argentina milliləri üz-üzə gələcək.

Futbol ictimaiyyətinin böyük maraqla gözlədiyi bu qarşılaşma ərəfəsində Komanda.az sorğu keçirərək, idman yazarlarının finalda hansı komandaya azarkeşlik edəcəyini öyrənib:

Mahir Rüstəmli (“Futbol+”)

“Düzünə qalsa, İngiltərə millisinin turnirdə mübarizəni dayandırmasıyla mənim üçün dünya çempionatı bitib. Qitə mənsubiyyətinə görə bəlkə də, İspaniya yığmasına müəyyən rəğbətim ola bilər”.

Anar Şabanoğlu (“sports.az”)

”Mən Lionel Messiyə görə Argentina millisinə azarkeşlik edəcəm”.

Kənan Həsənov (“report.az”)

”Gəlin, buna azarkeşlik yox, simpatiya deyək. Dahi Dieqo Maradonanın dönəmindən Argentina millisinə rəğbətim var və bu, illərdir ki, dəyişməyib. Amma qüvvələr nisbətini, sərgilənən oyunu və keçilən yolu nəzərə alsaq, İspaniya yığmasının çempion olacağını düşünürəm”.

Elçin Cəlilov (“futbolpress.az”)

”Mən Argentina millisinə azarkeşlik edəcəm”.

Natiq Muxtarlı (“aut.az”)

“Finalda futbola azarkeşlik edəcəm. Baxımlı futbola. Sadəcə, futboldan zövq almağa çalışacam, konkret hansısa komandanı dəstəkləməyəcəm”.

Saleh Arslan (“korner.az”)

”Mən İspaniya millisinə azarkeşlik edəcəm”.

Kənan Məstəliyev (“rekord.az”)

”Heç birinə azarkeşlik etməyəcəm. Kimin qalib gəlməsinin mənim üçün fərqi yoxdur. Əsas futbol qalib gəlsin”.

Mehman Süleymanov (“presssport.az”)

”Mən İspaniya millisinə azarkeşlik edəcəm”.

Rasim Sultanzadə (“apasport.az”)

”Mən Argentina millisinə azarkeşlik edəcəm”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button