Rəşad Rəsullu: “Azərbaycanda olan məşqçilər heyəti dünyanın ən güclülərindən biridir”

Azərbaycanda olan məşqçilər heyəti dünyanın ən güclülərindən biridir.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında məşqçilər heyətindən razı olduqlarını bildirib:

“Azərbaycan Cüdo Federasiyası olaraq tez-tez məşqçi dəyişlikliyinin tərafdarı deyilik. Hazırda Azərbaycanda olan məşqçilər heyəti dünyanın ən güclülərindən biridir. Mən bunu əminliklə deyirəm. İstənilən mütəxəssislə də bunu müzakirə edə bilərəm. İstər qadınlar yığmasında olsun, istərsə də kişilərdə.

Komandalarda inkişaf görürük. İstənilən yaş qrupunda. Bu baxımından məşqçilər heyətimizdən razıyıq. İnanırq ki, yaxşı nəticələr əldə edəcəyik”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button