“Neftçi”dən açıq məşq və brifinq

“Neftçi” PFK-nın yeni mövsüm öncəsi açıq məşqi təşkil olunacaq.

Komanda.az xəbər verir ki, məşq iyulun 18-i, saat 18:00-da “Palms Sports Arena”da başlanacaq.

Komandanın hazırlığını canlı izləmək üçün “Forza Neftçi” Azad Azarkeş Qrupu ilə yanaşı, bütün azarkeşlərə giriş sərbəst olacaq.

Saat 16:00-dan etibarən “Palms Sports Arena”da yerləşən rəsmi mağaza da qapılarını qonaqlar üçün açacaq. Azarkeşlərin ən geci saat 17:30-da stadionda olması tövsiyə edilir.

Açıq məşqə KİV nümayəndələri də dəvətlidir. Onlar üçün məşqdən əvvəl “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button