
DÇ-2026: “İspaniya finala tam layiq idi”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın yarımfinalında İspaniya yığmasının Fransaya 2:0 hesabı ilə qalib gəldiyi oyunu dəyərləndirib.
Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis mətbuat konfransında İspaniya millisinin finala layiq olduğunu bildirib:
“İspaniya əla oyun keçirdi və qələbəyə tam layiq idi. İspanları finala yüksəlmələri münasibətilə təbrik edirəm”.
DÇ-2026-nın ikinci yarımfinalında bu gün Argentina və İngiltərə milliləri üz-üzə gələcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



