DÇ-2026: Lineker qisas istəyir

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker DÇ-2026-nın yarımfinalında keçiriləcək İngiltərə – Argentina oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky News”-ya istinadən xəbər verir ki, sabiq futbolçu 1986-cı il dünya çempionatındakı məğlubiyyəti xatırladaraq, qələbə arzuladığını deyib:

“1986-cı ildə bəxt bizim tərəfdə olmadı. Oyunun gedişində toparlana bilmişdik, amma qələbə Argentinaya qismət oldu. Bu, inanılmaz təcrübə idi. Ümid edirəm ki, qarşıdakı görüşdə bunun əvəzini çıxacağıq”.

1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərə Argentinaya 1:2 hesabı ilə uduzub. Həmin vaxt Argentina millisinin hər iki qolunu hazırda həyatda olmayan Dieqo Maradona vurmuşdu. Həmin qollardan biri isə futbol tarixinə “Tanrının əli” kimi düşən epizoddan sonra qeydə alınıb.

DÇ-2026-nın İngiltərə – Argentina yarımfinal oyunu bu gün keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button