“Fənərbaxça” ingiltərəli hücumçu ilə anlaşıb

“Aston Villa”nın hücumçusu Olli Uotkins karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, “Fənərbaxça” 30 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib.

Transfer baş tutacağı təqdirdə, Uotkins İstanbul təmsilçisi ilə müddəti 3 il olan müqavilə imzalayacaq və ildə 9 milyon avro əməkhaqqı alacaq.

“Aston Villa” hücumçu üçün 35 milyon avro tələb edir. Ancaq “Fənərbaxça” bu məbləği 25 milyon avroya endirməyə çalışır.

İngiltərəli futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 55 oyunda meydana çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Aston Villa” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button