“Barselona” Alvaresdən əl çəkmir

“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək planından imtina etməyib.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi maliyyə vəziyyətinə görə madridlilərin sonda argentinalı futbolçunu satmağa məcbur qala biləcəyini hesab edir.

“Atletiko” yay transfer dövründə artıq 80 milyon avrodan çox vəsait xərcləyib. Buna baxmayaraq, futbolçu satışları ilə bağlı planlaşdırılan transferlərin əksəriyyəti hələ də reallaşmayıb. Bu səbəbdən, “Atletiko”nun gəlir əldə etmək üçün Alvareslə bağlı təklifləri dəyərləndirə biləcəyi vurğulanır.

Bahalı futbolçulardan heç biri komandadan ayrılmasa, “Atletiko” Alvares üçün gələcək təkliflərdən birini qəbul edə bilər.

“Transfermarkt” portalı 25 yaşlı hücumçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button