
Laporta Pedrinin DÇ-2026 matçında ehtiyatda qalmasından danışdı
“Barselona”nın prezidenti Xuan Laporta, İspaniya millisinin baş məşqçisi Luis de la Fuentenin dünya çempionatının 1/4 finalında Belçika millisinə qarşı oyunda (2:1) Pedrini ehtiyatda saxlaması ilə bağlı fikirlərini bölüşüb.
“Barselona”nın yarımmüdafiəçisi gözlənilmədən start heyətində yer almayıb və meydana yalnız 55-ci dəqiqədə daxil olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Laporta bu qərarın futbolçunun fiziki yükünün düzgün bölüşdürülməsi ilə əlaqədar olduğunu düşünür:
“Məncə, Pedrinin start heyətində olmaması sadəcə yükün idarə olunması ilə bağlıdır. Mənim üçün o, həmişə əsas heyətin dəyişməz oyunçusudur. Pedri özünü əla göstərdi. Amma İspaniya millisində oynamağa layiq çox keyfiyyətli futbolçular var”.
İspaniya millisi 1/4 finalda Belçika yığmasını məğlub edərək, yarımfinala vəsiqə qazanıb. De La Fuentenin yetirmələri bu mərhələdə Fransa millisi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



