
“Çelsi”nin keçmiş baş məşqçisi Fransa klubunda – Rəsmi
“Paris” baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirib.
Komanda.az klubun yaydığı məlumata istinadən xəbər verir ki, komandanın “sükanı arxasına” 41 yaşlı mütəxəssis Liam Rosenyor gətirilib. Tərəflər arasında müddəti 2028-ci ilin iyununa kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Rosenyor bu vəzifədə Antuan Kombuareni əvəzləyib.
İngiltərəli çalışdırıcı ötən mövsümə “Strasburq”un baş məşqçisi kimi başlayıb. O, 2026-cı ilin yanvarında “Çelsi”yə keçsə də, London klubu onu apreldə postundan uzaqlaşdırıb.
“Paris” ötən mövsüm Liqa 1-də keçirdiyi 34 oyunda 44 xal toplayaraq, mövsümü turnir cədvəlinin 11-ci pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



