“FİFA özünü gülünc vəziyyətə salır” – Sabiq futbolçu

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus ABŞ millisinin hücumçusu Folarin Baloqunun 2026-cı il dünya çempionatının 1/16 finalında aldığı qırmızı vərəqənin ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra ləğv edilməsinə münasibət bildirib.

Baloqun DÇ-2026-nın 1/16 final mərhələsində Bosniya və Herseqovina millisinə qalib gəldikləri (2:0) oyunda “qırmızı” ilə cəzalandırılmışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern”in keçmiş müdafiəçisi FİFA-nın yeni qaydalarını, o cümlədən su fasilələrini qəbul etdiyini desə də, siyasətçilərin futbola müdaxiləsinin yolverilməz olduğunu vurğulayıb:

“FİFA özünü gülünc vəziyyətə salır. Söhbət aldatmaqdan və manipulyasiyadan gedirsə, mənim üçün sərhəd məhz burada bitir”.

Qırmızı vərəqəsi ləğv edilən Baloqun 1/8 finalda Belçika millisinə qarşı keçirilən matçda meydana çıxa bilib. Ancaq bu, ABŞ millisini ağır məğlubiyyətdən xilas etməyib. Komanda Belçikaya 1:4 hesabı ilə uduzub və turniri tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button