
DÇ-2026: İrandan ABŞ-nin məğlubiyyətinə istehzalı paylaşım
ABŞ millisinin 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Belçika yığmasına 1:4 hesabı ilə məğlub olmasından sonra İran Futbol Federasiyası diqqətçəkən paylaşım edib.
Federasiya sosial şəbəkə hesabında Belçikanın İran və ABŞ milliləri ilə keçirdiyi oyunların nəticələrini əks etdirən görüntünü paylaşıb. İran yığması qrup mərhələsində Belçika ilə qolsuz heç-heçə (0:0) etmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paylaşıma belə bir şərh əlavə olunub:
“Bütün dünya siyasətin futbola alçaldıcı şəkildə uduzmasına sevinir”.
İran millisi turnir ərzində görünməmiş məhdudiyyətlərlə üzləşmişdi. Komandanın bazası Meksikada idi və futbolçular hər oyun üçün ABŞ-yə uçmalı olurdular. ABŞ hakimiyyəti İran yığmasına ölkəyə matçdan bir gün əvvəl giriş icazəsi verirdi. Yalnız Belçika ilə qarşılaşma öncəsi bu qaydada istisna edilmişdi.
İki ölkə arasındakı münaqişənin səbəbi ABŞ və İsrailin İranın hərbi və nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirməsidir.
Bizi Facebook-da izləyin



