DÇ-2026: Belçika ABŞ millisini məğlub edərək 1/4 finala çıxdı

Futbol üzrə dünya çempionatında Belçika ABŞ-ni məğlub edib.

Komanda.az xəbər verir ki, Sietl stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar 4:1 hesablı qələbə qazanıblar.

Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.

1/4 finala yüksələn Belçikanın bu mərhələdəki rəqibi İspaniya seçməsi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button