
“Real”ın “Barselona”dakı vəziyyəti pozmağa çalışması normaldır”
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Real”ın Kataloniya klubuna qarşı sərgilədiyi sərt mövqeyə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, rəqibin “Barselona”dakı vəziyyəti pozmağa çalışmasının təbii olduğunu deyib:
“Real”ın “Barselona”dakı vəziyyəti pozmağa çalışması normaldır. Biz son iki mövsümdür İspaniya futbolunda dominantıq. Yalnız öz oyunumuza və qələbələri davam etdirməyə köklənmişik. “Real” daha da güclənməyə çalışır, amma biz də ildən-ilə güclənirik”.
“Barselona” İspaniya çempionatının son qalibidir. Hans-Diter Flikin rəhbərlik etdiyi komanda ötən mövsüm 38 turda 94 xal toplayaraq, çempion olub və ən yaxın izləyicisi “Real”ı 8 xal qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



