“Bəzi səhvlər üzərində işləyəcəyik” – Vernidub

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Rumıniyanın “ÇFR Kluj” klubu ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Təlim-məşq toplanışında ilk yoxlama görüşümüz idi. Bunadək yalnız öz aramızda ikirətəfli oyun keçirmişdik. Çalışdıq ki, futbolçuların çoxuna şans verək, mümkün qədər hamını iş başında görək. Fərqli-fərqli hissələr oldu. Breno Almeydanın belində yüngül narahatlığı var idi, bu səbəbdən meydana buraxmadıq. Alessio Kurçi isə matç zamanı çiynindən zədələndi, vəziyyəti indi qiymətləndirilir. Gənc oyunçulara da şans verdik. Ümumilikdə oyundan razı qaldım. Rəqibimiz güclü və keyfiyyətli komanda idi. Bəzi səhvlər üzərində işləyəcəyik, getdikcə artıracağıq. Növbəti oyunlarda daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button