Rəsmi: “İmişli”nin baş məşqçisi müəyyənləşdi

“İmişli” baş məşqçi postuna Fərid Namazovu təyin edib.

Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA PRO kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

Fərid Namazov “İmişli”yə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button